Bank hesablarından oğurluq edən şəxslər saxlanılıbbackend

Bank hesablarından oğurluq edən şəxslər saxlanılıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 3 vətəndaşın bank hesablarından oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Əliyev, Bakı şəhər sakinləri Adil Orucov və Müşviq Rəhimov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.