Bank kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb – Tam siyahıbackend

Bank kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb – Tam siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 3 rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank tərəfindən 26 milyard 706,2 milyon manat kredit verilib.

NOCOMMENT.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 22 bank tərəfindən verilən kreditlərin həcmi  5 milyard 88,5 milyon manat artıb. Belə ki, ötən ilin ilk 3 rübünün yekununa görə, banklar tərəfindən 21 milyard 617,7 milyon manat kredit verilib.

Məlumat üçün bildirək ki, banklar tərəfindən verilən kreditlərin yarıdan çoxu – 54%-i 3 bankın payına düşüb. “Beynəlxalq Bank” ASC (ABB), “Kapital Bank” ASC və “Başa Bank” ASC-nin kredit portfeli 14 milyard 451,7 milyon manat olub.

Ən az kredit ayıran bank isə “Bank Melli İran bakı fililalı” olub. Bu bankın cəmi kredit portfeli 3,8 milyon manat təşkil edib.\\Yeniavaz.com

Aşağıdakı cədvəldə bankların kredit portfeli göstərilib:

Banklar Kredit portfeli
(milyon manat)
ABB 6087.8
Kapital Bank 5114.9
PAŞA Bank 3249.0
Xalq Bank 1930.1
Bank Respublika 1352.3
Unibank KB 1142.9
AccessBank 1121.6
Yelo Bank 897.9
Rabitəbank 813.9
Azər Türk Bank 779.3
Bank of Baku 750.6
TuranBank 650.8
Premium Bank 469.1
Expressbank 468.2
Ziraat Bank Azərbaycan 444.5
Yapı Kredi Bank Azərbaycan 325.1
Bank BTB 287.5
Azərbaycan Sənaye Bankı 263.0
Bank VTB (Azərbaycan) 225.1
AFB Bank 192.0
Bank Avrasiya 136.8
Bank Melli İran Bakı filialı 3.8