Bank sektorundakı son vəziyyət AÇIQLANDI – RƏSMİbackend

Bank sektorundakı son vəziyyət AÇIQLANDI – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin 1 oktyabr tarixinə Azərbaycanda bankların cəmi aktivlərinin həcmi 34 526 500 000 manat olub.

NOCOMMENT.az -ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına əsasən, əvvəlki ayla müqayisədə bankların aktivlərinin həcmi 3,3 faiz, illik müqayisədə isə 12,8 faiz artıb.

Bankların cəmi öhdəliklərinin həcmi 29 655 200 000 manat təşkil edib. Bu isə aylıq müqayisədə 3,6 faiz, illik müqayisədə isə 14,1 faiz çoxdur. Cəmi bir ay ərzində bankların öhdəliklərinin həcmi 1 042 200 000 manat həcmində artıb.

Oktyabr ayının 1-nə bankların xalis gəlirlərinin həcmi 505 600 000 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis gəlirinin həcmi 1,4 faiz azalıb.

Təkcə sentyabr ayı ərzində isə bank sektoru 50 400 000 manat gəlir əldə edib, bu avqust ayında əldə edilmiş xalis gəlirdən 8,9 faiz çox, 2020-ci ilin müvafiq dövründəki xalis gəlirlərdən isə 32,9 faiz azdır.

Bu il bankların mənfəətdən ödədiyi vergilərin həcmi də ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz azalaraq 93 800 000 manat olub.

Oktyabr ayının əvvəlinə 26 bankın filiallarının sayı 466 ədəd, bankların ATM-lərinin sayı isə 2 854 ədəd olub, ay ərzində daha 10 ədəd ATM istifadəyə verilib.

Hesabat dövrünün sonuna banklarda işçilərin sayı 19 488 olub. Bir ay ərzində 144 (0,7 faiz artım) yeni işçi bank sektorunda fəaliyyətə başlayıb. Bank sektorunda çalışan işçilərin sayı ilin əvvəlindən 4,2 faiz artıb.