Bankların daxili resursları hesabına verdikləri ipoteka kreditlərinin faiz dərəcələri artıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı Xalid Kərimli deyir ki, Fazilərin artırılması, bankların öz maliyyə bazalarını genişləndirmək və daha çox sərmayə cəlb etmək məqsədini güdür.
Xalid Kərimli bildirir ki, faizlərin artması mənzil bazarına mənfi təsir göstərəcək. Alıcılıq qabiliyyəti aşağı düşəcək.
İqtisadçı vurğulayır ki, sözügedən məsələ daşınmaz əmlak bazarında tələbin həcminə də təsir göstərəcək. Çünki faizlərin yüksəlməsi daxili ipotekaya tələbatı azaldır. Belə olan halda isə dövlət ipotekasına tələb daha çox artır. Faizlərin artması həmçinin tikinti şirkətlərinin satışlarına mənfi təsir göstərəcək və nəticədə evlərin bahalaşmasına gətirib çıxaracaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.