Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir?backend

Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün banklar tərəfindən vətəndaşlara göndərilən yalançı SMS-lər ciddi narazılığa səbəb olan məsələlərdən biridir. Banklar vətəndaşlara böyük məbləğdə, 20 min, 30 min məbləğində kredit təklifini əks etdirən SMS-lər göndərir, lakin vətəndaş müraciət edərkən bəlli olur ki, vətəndaşın bu krediti götürmək imkanı yoxdur. Əgər elədirsə, banklar niyə vətəndaşları narahat edib, narazı salır?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov istehlakçılara yanlış məlumatın verilməsinin qanunla qadağan olduğunu bildirib.

“Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna da ziddir. İstər banklar, istərsə də maliyyə xidmətləri göstərən digər qurumlar vətəndaşa onun ödəmə qabiliyyətinə və ya ala biləcəyi kredit məbləğinə uyğun olaraq məlumat göndərməlidir. Misal üçün, kimlər hansı şərtlər daxilində hansı məbləğdə kredit ala bilər.

Yəni vətəndaşa ümumi məlumatların göndərilməsi qanunaziddir. Çünki vətəndaş zaman sərf edir, banka gedir, amma sonradan bəlli olur ki, vətəndaşın həmin məbləğdə kredit almaq hüququ yoxdur”, – deyə deputat bildirib.

O qeyd edib ki, bu məsələnin tənzimlənməsi, Mərkəzi Bank tərəfindən də bu hallarla bağlı xüsusi qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bağlı bankların göndərdiyi SMS-lər və ya kreditlə bağlı dəvətlər vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır.