Bankların daxili aktivliyi azalıbbackend

Bankların daxili aktivliyi azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 290,2 milyon manat təşkil edib.

NOCOMMENT.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,1 %, ilin əvvəlinə nisbətən 4,3 %, 2023-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 17,5 % çoxdur.

Hesabat dövründə bankların xalis daxili aktivləri isə 18 milyard 162,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 9,6 %, ilin əvvəlinə nisbətən 8,5 %, illik müqayisədə isə 11,5 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.