Bankomatlar niyə işləmirlər?backend

Bankomatlar niyə işləmirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının 28 May, 110A ünvanında Səməd Vurğun bağının yaxınlığında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatında bir həftədir pul yoxdur.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a daxil olan vətəndaş müraciətində bildirilib.

Qeyd olunub ki, sözügedən əraziyə yaxın bankomatlarda da problem olduğu üçün ərazidə yaşayan sakinlər çətinlik çəkir. Vətəndaşların sözlərinə görə, Beynəlxalq Bankın Nizami küçəsi, 114 ünvanında yerləşən bankomatı da işləmir.

ABB-nin mətbuat katibi Yadigar Cəfərli saytımızın sorğusuna cavab olaraq bildirib ki, problem araşdırılacaq.