Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcəkbackend

Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Banqladeşdə Nobel mükafatı laureatı Məhəmməd Yunusun başçılıq etdiyi müvəqqəti hökumət and içəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ordu komandanı general Vaker-Uz-Zaman televiziya vasitəsilə yayımlanan müraciətində deyib.

O bildirib ki, Baş nazir Şeyx Hasinanın istefasından sonra ölkədə zorakılıq törədən şəxslər məsuliyyətə cəlb olunacaq.

Hərbi komandir, donanma və hərbi hava qüvvələrinin rəisləri ilə yanaşı, Məhəmməd Yunusla artıq danışdığını və cümə axşamı onun hava limanında qarşılanacağını əlavə edib.

General Vaker-Uz-Zaman Nobel mükafatı laureatı Məhəmməd Yunusun ölkədə vəziyyəti “demokratik” prosesə aparacağına ümid etdiyini bildirib.

Parisdə jurnalistlərə açıqlama verən Yunus: “Mən evə qayıtmağı və orada nələrin baş verdiyini və içində olduğumuz bəladan çıxmaq üçün nələr edə biləcəyimizi görməyi səbirsizliklə gözləyirəm”, – deyə bildirib.

Seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verən Məhəmməd Yunus deyib ki, bu barədə danışmaq tezdir. “Mən gedib onlarla danışacam. Mən bu sahədə təzəyəm”, – o qeyd edib.

Xatırladaq ki, Banqladeşdə davam edən nümayişlər fonunda Baş nazir Şeyx Hasina istefa verərək ölkəni tərk edib. Nümayişlər zamanı 300-ə qədər adam öldürülüb.