Banqladeş polisi hökumət işləri üçün kvota sisteminə etiraz edən nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə edib.
NOCOMMENT.az-ın məlumatına görə, bu barədə BBC xəbər yayıb.
“Banqladeş polisi Dəkkədə etirazçılara atəş açıb “, – agentliyin açıqlamasında deyilir. Nəticədə bir nəfər xəsarət alıb.
Bundan əvvəl ölkədə etirazlar səbəbindən komendant saatı tətbiq edilib. Hakimiyyət asayişi qorumaq üçün qoşun yeridib. Banqladeşdə bir neçə həftədir ki, hökumət işləri üçün kvotalara qarşı etirazlar davam edir. Etirazçılar hökumət işlərinin 30 faizə qədərinin Banqladeşdə 1971-ci ildə Müstəqillik Müharibəsi veteranlarının qohumlarına ayrılması sisteminə son qoyulmasını tələb edirlər.