Banqladeşdə qətl kimi qəza! 17 nəfər ölübbackend

Banqladeşdə qətl kimi qəza! 17 nəfər ölüb  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşdə avtobusun yol kənarındakı gölməçəyə yuvarlanması nəticəsində 17 nəfər ölüb. Polis qəzanın avtobus sürücüsünün başqa bir avtomobilə yol vermək istəyərkən baş verdiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Banqladeşin Jalakati bölgəsində avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarındakı gölməçəyə yuvarlanıb. Qəza nəticəsində azı 17 nəfər ölüb, 53 nəfər yaralanıb.

70-dən çox sərnişinin olduğu avtobusda uşaqları da daxil olmaqla 17 nəfərin həlak olduğu, azı 53 sərnişinin isə yaralandığı bildirilib.

Yaralıların bölgədəki xəstəxanalara aparıldığı bildirilib.

Banqladeş mətbuatı qəzanın baş verdiyi yolun nəqliyyat üçün bağlandığını və yolda uzun növbənin yarandığını bildirib.