Banqladeşdə qəzaya uğrayan təyyarədə ölənlərin sayı artdıbackend

Banqladeşdə qəzaya uğrayan təyyarədə ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə qəzaya uğraması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

NOCOMMENT.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rahman məlumat verib.

“Ölənlər arasında çoxunun yaşı 12-dən az olan 25 uşaq, həmçinin təyyarənin pilotu və müəllim də var.

Bəzi qurbanların şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunur. 170-dən çox insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara çatdırılıb.

Biz tibbi yardım göstərmək üçün mümkün olan hər şeyi etməyə davam edirik. Lakin bəzi xəstələrin vəziyyəti son dərəcə ağır olaraq qalır”, – deyə Rahman qeyd edib.

Xatırladaq ki, “F-7 BGI” təyyarəsi iyulun 21-də Dəkkədə təhsil kompleksinin ikimərtəbəli binasının girişində qəzaya uğrayıb. İdarələrarası İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) açıqlamasında təyyarənin yerli vaxtla 13:06-da havaya qalxdığı və qısa müddət sonra qəzaya uğradığı bildirilib. Qəzanın səbəbləri araşdırılır.\\Oxu.Az