Banqladeşdə yanğın! Yüzlərlə ev külə dönübbackend

Banqladeşdə yanğın! Yüzlərlə ev külə dönüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşin paytaxtı Dəkkədə gecəqonduda baş verən yanğın nəticəsində 2 nəfər həyatını itirib, 300 ev kül olub.

NOCOMMENT xəbər verir ki, Banqladeşin paytaxtı Dəkkə şəhərində gecəqondular məhəlləsi Mollabaridə gecə saatlarında yanğın baş verib.

Yanğınsöndürmə briqadası və Mülki Müdafiədən verilən açıqlamaya görə, yanğında bir qadın və uşağı həyatını itirib, çox sayda insan yaralanıb. Məhəllədə 300 evi külə çevirən yanğının səbəbi hələlik məlum deyil.