Baqdasarov: İrəvan bizə quyu qazır, budur müttəfiq?backend

Baqdasarov: İrəvan bizə quyu qazır, budur müttəfiq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ermənistanda hərbi bazasının olması artıq Moskvanın bu ölkə üzərindəki dominantlığından xəbər vermir. Bu dövlət hazırda Rusiyaya quyu qazır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirləri “Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı illərdir ermənilərin maraqlarını qoruyan, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasarov bildirib.

“Bu günlərdə İrəvanda sorosçuların böyük tədbiri keçirilib. Orada, sizcə, nə müzakirə edilirdi? İnanmayacaqsız, amma onlar rus kəşfiyyatının Ermənistana daxil olmasını hansı yollarla əngəlləməyi müzakirə ediblər. Böyük bir konfrans, bizim guya müttəfiq ölkədə. KTMT ölkəsində… Özü də tədbir ABŞ-nin kurasiyası altında keçib. Bu, bir biabırçılıqdır. Bizim hakimiyyətdə oturanlar hara baxır? Rusiya XİN-i nədən bu ölkəyə sərt nota göndərmir?”, – deyə Baqdasarov bildirib.