Baqdasaryandan şok: Daşnaklar orgiyalar təşkil edirbackend

Baqdasaryandan şok: Daşnaklar orgiyalar təşkil edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış erməni jurnalist Roman Baqdasaryan özünün teleqram kanalındakı abunəçilərinin diqqətini daşnaklarının Ermənistan üçün daşıdığı təhlükəyə yönəldib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Baqdasaryan sensasion bəyanatla çıxış edərək – “Daşnaklar İrəvanın mərkəzindəki muzeylərdə orgiyalar təşkil edirlər”, – deyib.

“Daşnaklar real təhlükə olurlar. Onlar parlamenti dağıdır, Gümrüdə qocaları, İrəvanda polis məmurlarını döyürlər, Erebuni Muzeyində isə orgiyalar təşkil edirlər, indi isə biznesmen Kokobelyanın atasını oğurlayıblar”, – deyə o qeyd edib.

Qeyd edək ki, erməni eks-deputatın atasının oğurlanması faktına görə Daşnak Partiyasının üzvü Suren Manukyan saxlanılıb.