KoronaVirus İnformasiya Portalı
BARIŞIQ YOXDUR VƏ OLMAYACAQ! – Tərəflər döyüşlərin davamına hazırlaşırbackend

BARIŞIQ YOXDUR VƏ OLMAYACAQ!Tərəflər döyüşlərin davamına hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha çox ermənipərəst mövqeyilə tanınan Rusiyanın “Dojd” telekanalına açıqlama verən tanınmış hərbi ekspert Pavel Felqenqauer oktyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin Moskvada keçirilən görüşdə razılaşdırdıqları sənədə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, ekspert bu sənədin atəşkəsə, barışa vəsilə olacağına inanmadığını bildirərək, bunun hazırda hər iki tərəfdən davam edən hərbi əməliyyatlarla sübut olunduğunu vurğulayıb.

P.Felqenqauerin fikrincə, heç bir atəşkəs yoxdur və olmayıb: “Barış haqqında razılaşma imzalanmayıb. Barışıq razılaşması ciddi hərbi-texniki sənəddir. Bunun üçün tərəflərin hərbi deleqasiyalarının görüşü keçirilməlidir. Məsələn, 2016-cı ilin aprelindəki 4 günlük müharibə zamanı tərəflərin hərbi deleqasiyalarının görüşü olmuşdu və tərəflər razılaşma imzalamışdılar.

Moskva görüşündə isə hərbi deleqasiyalar ümumiyyətlə iştirak etməyiblər. Hətta müvəqqəti atəşkəs üçün belə hərbi deleqasiyaların görüşü, razılaşması olmalıdır. Ona görə də bir səhifədən də kiçik olan Moskva deklarasiyası atəşkəs razılaşması deyil.”

Məsələnin sırf siyasi tərəfinə gəlincə, Felqenqauer bildirib ki, məlum sənəddə bir daha formatın əvvəlki kimi qaldığı qeyd olunub: “Format əvvəlki kimi qalır. Deməli, heç bir “Dağlıq Qarabağ” yoxdur. Ermənilər isə tələb edirlər ki, “DQ” olmalıdır. Nəticədə döyüşlər davam edir. Meyidlərin qaytarılması kimi adi proses belə baş tutmur. Bunun üçün hərbi nümayəndələrin görüşməsi lazımdır. Bu görüş Moskvada, İstanbulda, Brüsseldə, yaxud döyüş ərazisində baş tuta bilər.

Həmçinin, siyasi razılaşma olmalıdır ki, bu da yoxdur. Azərbaycan tələb edir ki, erməni qoşunları Qarabağdan çıxmalıdır və onun suveren hüquqları bərpa olunmalıdır. Ermənilər isə deyirlər ki, “Artsax” xalqına təminatlar verilməlidir. Paşinyan deyir ki, Fransa “Artsax”-ın müstəqilliyini tanımalıdır. Bu, o deməkdir ki, barışıq üçün heç bir əsas yoxdur. Və görünən odur ki, tərəflər döyüşlərin davamına hazırlaşır.”

Türkiyənin bu münaqişədəki roluna dair suala cavab verərkən isə ekspert deyib ki, Türkiyə Azərbaycanı birmənalı olaraq dəstəkləyir.

P.Felqenqauer həmçinin bildirib ki, Qarabağın Azərbaycana məxsusluğu beynəlxalq hüquq və ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunur: “Beynəlxalq hüquq, BMT-nin qətnamələri, eləcə də beynəlxalq ictimaiyyət deyir ki, heç bir müstəqil “Artsax” yoxdur. Ancaq ermənilər bununla razılaşmır və döyüşməyə hazır olduqlarını bildirirlər…”

ABŞ, Fransa və Avropanın hazırda baş verənlərə münasibətinə gəlincə, Felqenqauer bildirib ki, ABŞ ümumiyyətlə bu münaqişə ilə maraqlanmır, Avropada isə birmənalı mövqe yoxdur: “ABŞ indi bu hayda deyil. Seçkidən əvvəl, ondan sonra da belə olacaq… FransaErmənistanı dəstəkləyir və Türkiyəni sevmir. Ancaq Fransa uzaqdadır. Fransa ermənipərəst mövqe tutsa da bu konfliktə ciddi təsir imkanına malik deyil. Ümumiyyətlə, Avropada bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Məsələn, Fransa Türkiyəyə təzyiq etməyə çalışsa da, Almaniya bunun əleyhinədir…

Azərbaycan və Türkiyə bildirir ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və problem Qarabağla bağlıdır. Qarabağa görə isə heç kim Türkiyəyə hədsiz dərəcədə təzyiq etmək fikrində deyil. Həmçinin onu da qeyd etməliyik ki, Türkiyənin də buna cavab verəcək çox şeyi var…”

Azpolitika