Barnard ulduzunun yaxınlığındakı orbitdə yeni kiçik planet kəşf edilibbackend

Barnard ulduzunun yaxınlığındakı orbitdə yeni kiçik planet kəşf edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Barnard ulduzu qırmızı cırtdandır, ulduzların sayrışdığı kəhkəşanın ən kiçik növüdür və Günəşdən daha kiçik və daha az parlaqdır. O, Yerdən təqribən altı işıq ili uzaqlıqda yerləşən Günəş sistemimizə ən yaxın tək ulduzdur və digər ulduzlardan daha yaxındır. Bu, kosmik dillə desək, bizim “qonşuluqda” yerləşir.

NOCOMMENT.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, planetimizə daha yaxın və potensial həyat əlamətləri ehtimalı olan dünyaları araşdırmaq istəyən astronomlar kütləsi Yerin təxminən 40 faizi qədər olan qayalı Barnard ulduzunun ətrafında fırlanan ilk təsdiqlənmiş planeti kəşf ediblər.

Barnard ulduzuna çox yaxın orbitdə fırlanan bu planetin səth temperaturu həyat üçün uyğun ola bilməyəcək qədər yüksək olsa da, tədqiqatçılar kosmik fəzanın bu hissəsində daha üç planetin “güclü əlamətlərini” aşkar ediblər. “Barnard b” adlanan təsdiqlənmiş planetin proqnozlaşdırılan diametri Yerin təxminən dörddə üçü qədərdir, yəni, təxminən 9.700 kilometrdir.

İspaniyanın Tenerife şəhərindəki “Astrofísica de Canarias” institutundan astronom Jonay González Hernández bu həftə “Astronomy & Astrophysics” jurnalında dərc edilən araşdırmanın aparıcı müəllifidir. O bildirib: “Bu, Günəş sistemimizdən kənarda tapılmış ən kiçik planetlərdən biridir. Günəş sistemimizdəki planetlər arasında yalnız Mars və Merkuri daha kiçikdir”.

Səthində temperaturun təxminən 125 dərəcə Selsi olduğu “Barnard b” Günəş sistemimizin ən daxili planeti Merkurinin Günəşə olduğundan 20 dəfə daha yaxın məsafədə, Barnard ulduzunun ətrafında cəmi üç Yer gününə bərabər orbitdə fırlanır.

Günəş sistemindən kənarda olan planetlərə ekzoplanetlər deyilir. Həyatın ola biləcəyi ekzoplanetləri axtaran elm adamları hər hansı bir ulduzun ətrafında “yaşayış zonası” axtarırlar. Orada nə çox isti, nə ifrat dərəcədə soyuq olmamalı, həmçinin planetin səthində maye su aşkar edilməlidir. Tədqiqatçılar belə bir planeti aşkar etmək üçün Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən Çox Böyük Teleskopundan – ESPRESSO adlı alətdən istifadə ediblər. Barnard ulduzunun ətrafında fırlanan digər üç potensial planetin hamısı qayalı və Yerdən kiçikdir. Onlar Yer kütləsinin 20-30 faizinı bərabərdir. Astronomlar bunlardan ən azı birinin yaşayış zonasının yaxınlığında ola biləcəyinə ümid edirlər.