“Barselona” liderliyə yüksəldibackend

“Barselona” liderliyə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

La Liqanın 7-ci turunda “Barselona” öz meydanında “Real Sosyedad”ı qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, görüş “Olimpik Lluís Kompanis” stadionunda keçirilib və kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 31-ci dəqiqədə qonaqların futbolçusu Alvaro Odriosola açıb. 43-cü dəqiqədə Jül Kunde tarazlığı bərpa edib. Qələbə qolunu isə 59-cu dəqiqədə Robert Levandovski vurub.

Qeyd edək ki, bu nəticədən sonra “Barselona” 19 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. “Real” 18 xalla 2-ci, “Vilyarreal” 16 xalla 3-cüdür. 5 xalı olan “Real Sosyedad” isə 17-ci pillədə qərarlaşıb.\\Unikal