“Barselona”nın əfsanəsindən Azərbaycana DƏSTƏKbackend

“Barselona”nın əfsanəsindən Azərbaycana DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi futbolçu Ronaldinyo sosial şəbəkə paylaşımında Azərbaycana dəstək olub.

NOCOMMENT.az xəbər verir ki, o, paylaşdığı videoda Ermənistanın işğalı nəticəsində vətənindən qaçqın düşən yüz minlərlə insanın tezliklə öz yurdlarına qayıdacağına inam ifadə edib:

“Azərbaycandan olan bütün insanlara salam göndərirəm. Qoy hər kəs salamat evlərinə qayıtsın. Azərbaycanda mən çox gözəl qarşılandım. Tezliklə ora qayıtmaq istəyirəm”.

Qeyd edək ki, “Barselona”, PSJ, “Milan” kimi klubların formasını geyinən Ronaldinyo 1999-2013-cü illərdə Braziliya millisinin şərəfini qoruyub. O, 2002-ci ilin dünya çempionu, 2004 və 2005-ci illərdə FİFA-nın “İlin futbolçusu”, 2005-ci ildə “France Football”ın “Qızıl top” mükafatına yiyələnib.
Modern.az