İspaniya təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Pedri La Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
O, səsvermədə Julian Alvares (“Atletiko”), Georgi Mamardaşvili (“Valensiya”), Xavyer Puado (“Espanyol”) və Sergi Darderi (“Malyorka”) qabaqlayıb .
22 yaşlı futbolçu bu ay meydana çıxdığı 4 görüşdə yüksək performans sərgiləsə də, qol vura bilməyib.
Qeyd edək ki, Pedri bu mövsüm ilk dəfə La Liqada ayın oyunçusu adına layiq görülüb.