Baş Assambleya Quterreşi ikinci müddətə BMT-nin Baş katibi təyin edibbackend

Baş Assambleya Quterreşi ikinci müddətə BMT-nin Baş katibi təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterreş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, müvafiq qərarı BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.

“Məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterreş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, – deyə o bildirib.

Xatırladaq ki, Quterreş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.