Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə müşavir təyin edib.
NOCOMMENT.az xəbər verir ki, yeni müşavir Namiq Sahib oğlu Nağdəliyevdir.
Qeyd edək ki, N.Nağdəliyev 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
O, noyabr ayının 3-də Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.
Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.







