Baş Gömrük İdarəsinin qarşısında intihar edəcəyəm – SAHİBKARbackend

Baş Gömrük İdarəsinin qarşısında intihar edəcəyəm – SAHİBKAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, sahibkar Nərmin Bədəlovanın probleminə  Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli etinasız münasibət bildirib və dövlət idarəsinə daxil olmasına qadağa qoyub.

NOCOMMENT.az xəbər verir ki, şikayətçinin probleminə dövlət orqanlarından hələ də lazımi reaksiya gəlməyib.

Pərviz Kəngərli Bakı Baş Gömrük İdarəsi
Pərviz Kəngərli Bakı Baş Gömrük İdarəsi

Bu səbəblə sahibkar Nərmin Bədəlova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə intihar xəbərdarlığı ünvanlayıb:

Sahibkar Nərmin Muradova
Sahibkar Nərmin Bədəlova

“Hörmətli Cənab Prezident, təhlükəsizliyimin, güzəranımın qarantı olaraq qapınıza pənah gətirməyimə zərurət yaradan Bakı Baş Gömrük idarəsində üzləşdiyim ciddi haqsızlıqdır.

Məlumat üçün bildirim ki, düz 16 ildir Türkiyədən Azərbaycana qida əlavələri gətirmək fəaliyyəti ilə məşğulam”.

O, həmçinin vurğulayıb ki, əvvəlki illərdə həmin dövlət idarəsi ilə heç bir problem yaşamayıb:

“Ötən illər ərzində mənim Bakı Baş Gömrük İdarəsi ilə heç bir problemim olmayıb.

Lakin son vaxtlar Baş İdarənin rəisi P. Kəngərli o qədər varlanıb ki, artıq gözləri ayaqlarının altını da görmür, insanlara üçüncü sort kimi həqarətlə baxır, özünü əvəzolunmaz hesab edir.

Vəziyyət elə bir nöqtəyə dirənib ki, rəis mühafizəçilərə xüsusi tapşırıq verib ki, Nərmin Bədəlovanı idarəyə buraxmayın. Məni bir sual dərindən düşünməyə vadar edir. Fikirləşirəm ki, bəlkə P.Kəngərli  Baş Gömrük idarəsini xəlvəti özününküləşdirib, xəbərimiz yoxdur?”

Məlumatda bildirilib ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət etsə də, heç bir nəticə əldə etməyib.

Nərmin Bədəlovanın sözlərinə görə, dövlət orqanlarının bu cür diqqətsiz yanaşması onu intihara sürükləyir:

“İş qadını olaraq mənə qarşı olan hörmətsizlik məni intihar həddinə çatdırıb, özümü ələ ala bilmirəm!

Məlumat üçün onu da bildirməyi vacib hesab edirəm ki, P. Kəngərli layiq olduğu cəzanı alana qədər ona qarşı mübarizəm davam edəcək. Yox, əgər şər ədalət üzərində zəfər çalsa, bütün məsuliyyəti, cavabdehliyi P. Kəngərlinin üzərində saxlamaqla Baş Gömrük İdarəsinin qarşısında intihar edəcəyəm.

Bu hədə-qorxu deyil, reallıqdır”.

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli olsa da, bütün idarəetmə işlərini Gömrük əməliyyatları rəisi Əliyev Kamran Hafiz oğlu həyata keçirir.

Nərmin Vüqarqızı

NOCOMMENT.az