Baş həkim vəzifəsindən azad edildi – SƏBƏBİ – FOTObackend

Baş həkim vəzifəsindən azad edildi – SƏBƏBİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi işdən çıxıb.

NOCOMMENT.az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva faktı təsdiqləyərək Budaqov Rüstəm Abdulla oğlunun işdən çıxmaq üçün ərizə yazdığını bildirib: “Hazırda onun yerinə təyinat yoxdur”.

Məsələ ilə bağlı kiçik araşdırma apardıqda bəzi məqamlar üzə çıxır. Rüstəm Budaqov əvvəllər Goranboy rayon eks icra başçısı, daha sonra adı rüşvət qalmaqalında hallanan və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan Ağstafanın icra başçısı Nizaməddin Quliyevin yaxın adamı sayılırdı.

Ölkə mətbuatında adı rüşvətxorluqda, xəstələr ilə amansız davranışlarda hallanan Baş həkim sabiq İcra başçısı Nizaməddin Quliyevin məmurlardan icra başçısına şikayətini təmin edirmiş.

Həmçinin bildirirlir ki, Goranboyda şəhid ailələri, məcburi köçkünlərə qarşı baş həkim tərəfindən ciddi hörmətsizlik olunurmuş. Sakinlərə qarşı kobudluq, müalicə üçün konkret qiymətlər artıq Goranboy əhalisini təngə gətirmişdi.

Demək olar ki, Nizaməddin Quliyevdən sonra Goranboya az vaxtda icra başçısı təyin olunan Məhərrəm Quliyev dəfələrlə baş həkimi bu qanunsuzluqlara son qoymağa çağırsa da, yenə də Rüstəm Budaqov eks icra başçısı Nizaməddin Quliyevin rayonda qoyduğu qanunlarla işləməyə davam edib.

Əldə etdiyimiz məlumatlara görə Goranboy sakinləri rayonun baş həkimi Rüstəm Budaqovun özbaşınalığına son qoymaq üçün Cənab prezident İlham ƏliyevdənSəhiyyə naziri Oqtay Şirəliyevdən kömək və xahiş ediblərmiş.

Rüstəm Budaqov