Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldıbackend

Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkiminin ölkədən çıxışına məhdudiyyət qoyulub.

NOCOMMENT.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının direktor və baş həkim olduğu xəstəxanın dövlət büdcəsinə 57097,94 manat vergi borcu yaranıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Mehriban Abdullayevaya sözügedən borcun ödənilməsi üçün 5 gün vaxt verilib.

İdarə tərəfindən məhkəməyə müraciət edilərək, xanım baş həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edilib.

Məhkəmə 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borcun ödənilməsini təmin edənə qədər ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.