NATO Nizamnaməsinin alyans üzvlərindən birinə hücum olduğu təqdirdə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi Hind-Sakit okean regionundakı tərəfdaş ölkələrə şamil edilməyəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte deyib.
“Bunun baş verəcəyini düşünmürəm. Lakin biz görürük ki, NATO ilə əməkdaşlıq sayəsində Hind-Sakit okean regionunun dörd ölkəsi – Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya getdikcə daha da güclənir”, – M.Rütte Praqada jurnalistlərə bildirib.
Haaqada keçirilən NATO sammitindən sonra M.Rütte və bu dörd ölkə ən yeni texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müdafiə-sənaye sahələrində qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması və s. barədə razılığa gəliblər.