Baş Nazir: Həbs olunan şəxs xarici xidmətlər tərəfindən cəlb olunubbackend

Baş Nazir: Həbs olunan şəxs xarici xidmətlər tərəfindən cəlb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa xüsusi xidmət orqanları diversiya törətməkdə ittiham olunan Ukrayna vətəndaşını həbs edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Baş Naziri Donald Tusk mətbuat konfransında məlumat verib.

“Bu gün Daxili Təhlükəsizlik Agentliyi gənc bir ukraynalını həbs edib. O, diversiya aktlarında, xüsusilə düşmən xarakterli yazıların edilməsi, abidələrə Polşanın milli qüruruna toxunan yazıların yazılmasını cəhd etməklə ittiham olunur”, – Nazirlər Kabinetinin rəhbəri bildirib.

O əlavə edib ki, həbs olunan şəxs iddia olunur ki, xarici xüsusi xidmət orqanları tərəfindən cəlb olunub.