Baş nazir həkimin niqabını üzündən saldı – VİDEObackend

Baş nazir həkimin niqabını üzündən saldı – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Bihar əyalətində Baş nazir Nitiş Kumar yeni təyin olunmuş həkimlər üçün təşkil edilən mərasimdə Nüsrət Pərvin adlı dəvətli qadının niqabını üzündən salıb.

NOCOMMENT.az xəbər verir ki, hündür platformada dayanan baş nazir Nüsrət Pərvini görəndə “bu nədir?” deyə qışqırıb və örtüyü aşağı çəkərək üzünü göstərib.

Baş nazirin bu hərəkəti birmənalı qarşılanmayıb.

Müxalif partiyalar, o cümlədən Hindistan Milli Konqresi və “Rashtriya Janata Dal” Nitishş Kumarı qadının ləyaqətini, şəxsi və dini azadlıqlarını pozmaqda ittiham edərək sərt tənqid ediblər. Onlar hadisəni “uyğunsuz” və “utancverici” adlandırıblar.

Bir çox siyasi lider, həmçinin Kəşmir regionundan siyasətçilər də Kumarı din azadlığını pozmaqda qınayıb və üzr istəməyi tələb ediblər.

Biharın azlıqlar məsələləri naziri Zama Xan Baş naziri müdafiə edərək onun hərəkətini “ata davranışı” adlandırıb. Kumarın məqsədinin qadını cəmiyyət üçün nümunə göstərmək olduğunu deyib.

Hadisə sosial mediada geniş müzakirə olunub və bəzi ictimai fiqurlar, müğənnilər və ictimaiyyət nümayəndələri Kumarı sərt tənqid ediblər, onun davranışını qadınların ləyaqətinə hörmətsizlik kimi qiymətləndiriblər.

Videonu təqdim edirik: