Baş nazir iclas keçirdi – FOTObackend

Baş nazir iclas keçirdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən NOCOMMENT.az-a verilən məlumata görə, iclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi ətraflı müzakirə olunub.

Toplantıda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupların rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

İqtisadi Şuranın iclasının oktyabrın 8-də davam etdirilməsi planlaşdırılıb.