“İslam Dövləti” (İD) ilə mübarizə aparan İraq təhlükəsizlik qüvvələri və koalisiyaları qruplaşmanın liderlərindən biri, Əbu Xədicə kimi tanınan Abdullah Maki Musleh əl-Rifaini öldürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İraq hökumətinin başçısı Məhəmməd Şias əs-Sudaniyə istinadən Reuters agentliyi məlumat yayıb.
İraqın baş naziri əlavə edib ki, əl-Rifai “İraqda və dünyanın ən təhlükəli terrorçularından biri” hesab edilir və respublika ərazisində, eləcə də Suriyada fəaliyyət göstərirdi.