BAŞ NAZİR MÜAVİNLƏRİNİN MOSKVADA üçtərəfli görüşü keçirildibackend

BAŞ NAZİR MÜAVİNLƏRİNİN MOSKVADA üçtərəfli görüşü keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.

Üçtərəfli işçi qrupun iclası zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb.
APA