Baş nazir quru sərhədlərinin bağlanmasına münasibət bildiribbackend

Baş nazir quru sərhədlərinin bağlanmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2020-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb: “Bu, mənim Baş nazir kimi səlahiyyətimdir, mən buna imza atmışam. Bu yaxınlarda sərhədlərin yenə də 3 aylıq bağlı qalmasına qərar verilib”.

Baş nazir xatırladıb ki, 2021-ci ildə quru sərhədləri bağlı olsa da, ÜDM-in artımı 5,6 faiz, 2022-ci ildə isə 5,7 faiz olub.