İtaliyanın baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampı Avropa İttifaqı ilə sammit üçün İtaliyaya dəvət edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən prezident Trampı ölkəmizə rəsmi səfərə dəvət etmək istərdim və biz Avropa ilə görüş təşkil etmək istəyirik”, – o, Ağ Evdə Amerika lideri ilə görüşdə deyib.
Meloni tərəflərin tariflərlə bağlı razılığa gələ biləcəklərinə əmin olduğunu bildirib. O hesab edir ki, Tramp və Avropa ölkələrinin başçıları “ortada görüşməli” və hər şeyi səmimi danışmalıdırlar.