Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynada münaqişə bitdikdən sonra ölkənin tərəfdaşları ilə münasibətlərinin yaxşılaşacağını proqnozlaşdırıb.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
“Ukraynada müharibənin gələn il başa çatacağı ehtimalı daha çoxdur. Müvafiq olaraq, gələn ildən Gürcüstan hakimiyyəti ilə tərəfdaşlarımız arasında münasibətlər keyfiyyətcə yaxşılaşacaq”, – baş nazir bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan üçün çox vacibdir, çünki inkişaf etməkdə olan iqtisadiyyata heç bir maneə olmamalıdır.