Baş nazir üzr istədi – Göz yaşlarını saxlaya bilmədibackend

Baş nazir üzr istədi – Göz yaşlarını saxlaya bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əyləncə və rəqs videoları gündəmdə olan Finlandiyanın baş naziri Sanna Marin üzr istəyib.

NOCOMMENT.az xəbər verir ki, Marin danışarkən göz yaşlarını saxlaya bilməyib.

Keçdiyimiz günlərdə mətbuata ötürülən görüntülərdə baş nazir Marin dostları ilə rəqs edib mahnı oxuyarkən görüntülənib. Daha sonra Finlandiya baş nazirinin rəsmi bağ evində öpüşən və çılpaq poza verən iki qadının fotosu yayımlanıb.

Görüntülərdən sonra baş nazir Sanna Marin adı çəkilən şəxslərin şəklinin onun rəsmi iqamətgahının hamamında çəkildiyini təsdiqləyib. “Məncə, o foto uyğun deyildi və buna görə üzr istəyirəm” – deyə açıqlama verib.

Açıqlama zamanı gözləri dolan Marin qeyd edib: “Baş nazir olsam da, mən də bir insanam. Davranışımı dəyişməyəcəyəm. Təbii ki, diqqətli olmalıyam.. Çünki mən hökuməti, ölkəmi təmsil edirəm. Amma yenə də mən insanam”.

Qeyd edək ki, qeyri-qanuni narkotik istifadəsi ilə bağlı fərziyyələrə son qoymaq üçün narkotik testi verən Marinin test nəticəsi neqativ göstərib.

Jalə Bədirova

NOCOMMENT.az