Baş nazir vahid büdcə üzrə əmr imzaladıbackend

Baş nazir vahid büdcə üzrə əmr imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

NOCOMMENT xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov əmr imzalayıb.

Dəyişiliyin məqsədi vahid büdcə təsnifatını “Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaqdır. Beləliklə, təsnifatın gəlirlər hissəsində “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib, bəzi paraqraflar ləğv olunub, köməkçi bölmələr əlavə edilib.

Dəyişikliyə əsasən, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünür.