Baş nazirdən daha bir vacib qərar: əməkhaqqına əlavələr…backend

Baş nazirdən daha bir vacib qərar: əməkhaqqına əlavələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus (COViD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, COViD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il yanvarın 1-dək veriləcək.

Qeyd edək ki, əvvəlki qərarla bu müddət 2021-ci il noyabrın 1-dək olan dövrü əhatə edirdi.