Baş nazirdən YENİ QƏRARbackend

Baş nazirdən YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti bu ilin sonuna qədər (daha 1 il) uzadılıb.