Baş nazirin avtomobil korteji qəzaya uğrayıbbackend

Baş nazirin avtomobil korteji qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.

NOCOMMENT.az “Telegraph”a istinadən xəbər verir ki, qəza parlament binasının qarşısında baş verib.

Belə ki, parlament binasının qarşısında aksiya keçirilən zaman hərəkətdə olan avtomobil kortejinin önünə etirazçı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gələn avtomobil isə ona çırpılıb.

Hadisə B. Consonun mətbuat xidməti tərəfindən təsdiqlənib.

Bildirilib ki, hadisə zamanı B. Conson avtomobilin içərisində olub və qəza zamanı xəsarət alan olmayıb.
APA