Kanadanın Baş naziri Castin Trudeau bazar günü Dehlidə keçirilən G20 sammitindən qayıdarkən təyyarəsində yaranan mexaniki nasazlıq səbəbindən bir gecə də Hindistanda qalıb.
NOCOMMENT.az xəbər verir ki, Kanadanın Yeni Dehlidəki Ali Komissiyası, Kanada Hərbi Hava Qüvvələrinin nümayəndə heyətinə “texniki çətinliklərlə üzləşdiyi” barədə məlumat verdiyini bildirən bəyanat yayıb.
“Bu problemlər bir gecədə həll oluna bilməz, bizim nümayəndə heyətimiz alternativ tənzimləmələr edilənə qədər Hindistanda qalacaq”.
Kanadanın CTV-si təyyarənin Airbus olduğunu və nə vaxt geri dönə biləcəyinin bəlli olmadığını, bu problemin ilk dəfə olduğunu söyləyib.