Baş prokuror: Rüşvət cinayətləri iki dəfə artıbbackend

Baş prokuror: Rüşvət cinayətləri iki dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il Azərbaycanın rayon prokuorluqlarında vəzifə cinayətləri ilə bağlı bir sıra cinayət işi başlanılıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O, deyib ki, rüşvət alma və rüşvət vermə cinayətləri ötən illərə nisbətən 2021-ci ildə iki dəfə artıb.

Baş prokurorun sözlərinə görə, 2021-ci ildə rayon prokurorluqlarında ümumilikdə 2061 cinayət işi açılıb. K.Əliyev vurğulayıb ki, rayon prokurorluqları 633 cinayət işininin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib.