Baş prokurora daha iki müavin təyin edildibackend

Baş prokurora daha iki müavin təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş prokuroru Kamran Əliyevə yeni təyin olunan müavinlərin adları məlum olub.

NOCOMMENT.az-ın xəbərinə görə, müvafiq sərəncamla Elmar Camalov və Nazim Rəcəbov Baş prokurorun müavini təyin ediliblər.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov vəzifəsindən azad olunub. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.