Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərildibackend

Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun 2 əməkdaşı təqaüdə göndərilib.

 

NOCOMMENT.az modern.az-a istinadən xəbər verir.

 

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı – Rəfael Süleymanov və Məmməd Əliyevin qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında qəbul edilərək, ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərman və hədiyyə təqdim edilib.

 

Baş Prokurorluqda görüş zamanı Rəfael Süleymanov və Məmməd Əliyevin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.

 

Rəfael Süleymanov və Məmməd Əliyev göstərilən diqqətə görə minnətdarlığını bildiriblər.