Baş Prokurorluğun 30 işçisi məsuliyyətə cəlb edilibbackend

Baş Prokurorluğun 30 işçisi məsuliyyətə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib. 

Bildirilib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-si prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilmişdir.