Baş Prokurorluğun yaydığı məlumatla bağlı Yeniavaz-dan AÇIQLAMAbackend

Baş Prokurorluğun yaydığı məlumatla bağlı Yeniavaz-dan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsi və Namiq Əliyev adlı şəxs barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilməsi haqqında məlumat yayılıb.

NOCOMMENT-a yeniavaz-dan göndərilən açıqlamada deyilir:

“Məlumatda adıçəkilən şəxs “Yeniavaz.az” saytı ilə əlaqələndirilib. “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytı olaraq bildirmək istəyirik ki, bizim Namiq Əliyev adında əməkdaşımız mövcud deyil. Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib. Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb”.