Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edibbackend

Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu ilə bağlı məhkəməyə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən apellyasiya protesti verib.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bununla bağlı dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin V.Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb.

Məlumata görə, apellyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək apellyasiya protesti üzrə məhkəmə iclası fevralın 3-nə təyin edilib.

Apellyasiya protesti hakim Elmar Rəhimovun icraatına verilib.