Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdibackend

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluqda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin yutub sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi müəyyənləşib.

Baş Prokurorluğun mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, onun vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyənləşib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22 sentyabr 2021-ci ildə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının sədridir.