Baş Prokurorluq Qubanın sabiq prokuror oğlu ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİbackend

Baş Prokurorluq Qubanın sabiq prokuror oğlu ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilmişdir.
Bununla bağlı qeyd edirik ki, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməmişdir.
Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəsüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır.