Baş Prokurorluq sabiq deputatla bağlı araşdırmaya başladıbackend

Baş Prokurorluq sabiq deputatla bağlı araşdırmaya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır: “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, N.Əliyev Milli Məclisinin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıdan 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşların isə maaşlarını verməməsi ilə bağlı məlumatlar yayılıb.