Baş Prokurorluq Xaçmazdakı insidentə münasibət bildirdibackend

Baş Prokurorluq Xaçmazdakı insidentə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda Vüsal Kərimovla Nəriman Yusifov arasında baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

NOCOMMENT.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bildirir ki, faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı ilk olaraq NOCOMMENT.az saytı yazmışdı.

Xatırladaq ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.