Baş Prokurorluqda məsul vəzifəyə yeni təyinat olubbackend

Baş Prokurorluqda məsul vəzifəyə yeni təyinat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib.

NOCOMMENT xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.

Xatırladaq ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilmişdi.